İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin həyatını dəyişən filmdən DANIŞDI

Rusiya prezidenti Vladimir Putin onu kəşfiyyat orqanlarında işləməyə nəyin vadar etdiyindən danışıb.

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, Rusiya lideri TASS-a müsahibəsində hələ məktəbi bitirməmiş kəşfiyyata getmək istədiyini etiraf edib.

Putin bunun “Qalxan və Qılınc” filmi sayəsində baş verdiyini bildirib.

Onun sözlərinə görə, gəncliyində bu, Marsa uçuş kimi əlçatmaz bir şey kimi görünürdü. Putin həm də dənizçi, pilot olmaq istəyib və Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb: “Ancaq sonra “Qalxan və Qılınc” kimi kitablar və filmlər öz işini gördü”, – Putin vurğulayıb.

Prezident qeyd edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.

1975-ci ildə Vladimir Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib və Dövlət Təhlükəsizlik Komitəsində işə təyin olunub.

Qeyd edək ki, “Qalxan və qılınc” filmi 1967-ci ildə rejissor Vladimir Basov tərəfindən Vadim Kojevnikovun eyniadlı romanı əsasında çəkilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR