İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin generalla QƏZANI müzakirə etdi, Peskovdan ŞOK cavab - ÜZR İSTƏMƏYƏCƏYİK!

Bu gün Rusiya Prezidenti Vladimir Putin Kremldə ölkəsinin mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovu qəbul edib. “CaucasianLive” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, onlar Qara dənizdə mazut sızması məsələsi ilə birgə Aktauda baş verən təyyarə qəzasını da müzakirə ediblər. İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb.

Peskov Kremlin Bakının Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatlarını gördüyünü, lakin qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmədiyini açıqlayıb. “Əlbəttə, bunu görmüşük. Amma bir daha təkrar edirəm, dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik informasiya ancaq onlardan gələ bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcılar – Sevinc Telmanqızı və Emil Salamoğlu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə təyyarə qəzasını müzakirə edirlər.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR