İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Bakıdan qayıdan kimi Çeçenistana niyə getdi-politoloq

 

Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasına səfər edib. Qroznıya səfəri zamanı Rusiya lideri Axmat Kadırovun məzarı üzərinə gül dəstələri qoyub. Çeçenistan səfəri Ramzan Kadırovla danışıqlarla yekunlaşıb.

Professor Qabil Hüseynlinin Musavat.com-a bildirdiyinə görə, Rusiya liderinin Şimali Qafqaza səfəri kifayət qədər düşündürücüdür.

img

Q.Hüseynli xatırlatdı ki, Putin bundan əvvəl Dağıstanda hadisələrin gərgin dövründə Dərbənd və Mahaçqalaya səfər etmişdi:

"Orada da "Qurani-Kərim"i öpüb müsəlman əhaliyə ehtiramını nümayiş etdirmişdi. İndi isə Ukrayna ilə sərhəddə ən gərgin döyüşlərin getdiyi bir vaxtda Kreml başçısı yenidən Çeçenistana səfər edir. Putin ölkəsinin bu sərhədlərində də hər hansı gərginlik və təxribatın ola biləcəyindən ehtiyat etdiyi üçün regiona diqqəti artırır. Məlum olduğu kimi, Rusiyanın ən zəif və "Axilles dabanı" Şimali Qafqazdır. Mahaçqala və Dərbənddə baş verən terror da bunu göstərdi. İndi Rusiya prezidenti Ukrayna sərhədindəki problemlərin sərhədin bu tərəfində də baş verməsindən narahatdır. Onu da deyim ki, hazırda Kurskda gedən döyüşlərdə "Əhməd" batalyonu iştirak edir. Bu çeçen batalyonu Kursk döyüşlərində böyük qüvvə sərf etdiyi üçün Putin Çeçenistana belə vaxtda diqqətini nümayiş etdirir".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR