İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Azərbaycanı TƏHDİD etdi – detallar Sülhəddin Əkbərlə “Canlı debat”da

“Rusiyanın 44 günlük müharibənin son günü Qarabağda reallaşdırmağa başladığı "Yeni Qafqaz Siyasəti" davam edir. Söhbət Ermənistanın (daha doğrusu, Rusiyanın) Azərbaycana qarşı başlatdığı təcavüzün "status quo" vəziyyətindən gedir. Bu isə 1988-ci ilin əvvəllərində həyata keçirilmiş siyasətin təkrarı deməkdir”.

Bunu “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın Cənubi Qafqaza yönəlik siyasətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibənin ardınca yaranan hərbi-siyasi vəziyyət əksər əlamətləri ilə 1988-ci ilin əvvəllərini xatırladır.

“Bir o fərqlə ki, ermənilər Hadrutu itirib, biz isə Xocalını qaytarmamışıq. Xocalıda soyqırımı törədən 366-cı alayı isə bu gün sayca ondan iki dəfə çox olan Rusiya "sülhməramlıları" əvəz edir”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya Qarabağın dağlıq hissəsində yeni separatçı liderlər yetişdirməkdə və bədnam "Üçtərəfli Bəyanata" əsasən tərksilah etməli olduğu qanunsuz erməni silahlı dəstələrini silahlandıraraq yeni təxribatlara ruhlandırmaqdadır. Amma Kremlin köhnə "yeni siyasəti" bununla da məhdudlaşmır.
“Moskva həm Ermənistanda, həm də Azərbaycanda siyasi destabilizasiya yaratmaq üçün yeni-yeni layihələrə start verməkdədir. Bəs belə destabilizisiya Rusiyanın nəyinə lazımdır? Bunun üçün ən azı iki səbəb var:

1. Bölgəni öz nəzarətinə qaytarmaq
2. Onun üzərindən öz geosiyasi maraqlarını reallaşdırmaq.
Göründüyü kimi, bütün bu, çoxpilləli siyasət yuxarıda göstərilən səbəblərdən (əsasən) ikincinin həyata keçirilməsinə yönəlib. Qalan bütün addımlar isə zəncirin ayrı-ayrı halqalarıdır”.

Putin Azərbaycanı niyə təhdid edir? Bundan sonra nə gözlənilir?

Bu və gündəmdəki bir çox məsələləri bu gün saat 11.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Sülhəddin Əkbərlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR