Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə səfir təyin edib.
Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dəki səfiri vəzifəsinə təyin edən fərmana imza atıb.
A.Darçiyev yeni vəzifəsinə başlamazdan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri olub.
Vaşinqton onun təyinatına dair aqrameni fevralın 28-də təsdiqləyib.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ