İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulunuz cibinizdə, sağlamlığınız yerində qalsın!

Marketlərdən aldığımız yumurta bəzən xarab çıxa bilər. Çox vaxt isə yumurtanı qırıb yeməyə və ya qarışıma əlavə etməzdən əvvəl onun xarab olduğunu fərq etmirik.

Musavat.com xəbər verir ki, bu isə həm vaxt, həm də maddi itkiyə səbəb olmaqla yanaşı, yumurtanın xarab olduğunu anlamadığımız hallarda sağlamlığımız üçün də təhlükə yaradır.

Bu cür zərərlərdən qorunmaq üçün yumurtanın xarab olub-olmadığını anlamağa kömək edən bir sıra üsullar mövcuddur.

Qoxu testi:

Yumurtanın xarab olub-olmadığını anlamağın ən dəqiq və etibarlı yolu onun qoxusunu yoxlamaqdır. Təzə yumurtanın demək olar ki, qoxusu olmur. Xarab yumurta isə kəskin, xoşagəlməz və kükürdü xatırladan pis bir qoxu yayacaq.

Su testi:

Yumurtanı qırmadan onun təzə olub-olmadığını öyrənmək üçün su testindən istifadə edə bilərsiniz. Bunun üçün dərin bir qabı su ilə doldurun və yumurtanı suyun içinə yerləşdirin. Təzə yumurta dibə batacaq. Xarab olmağa başlayan, lakin hələ də istifadə oluna bilən yumurta suda yavaşca üzüb qalxacaq. Tamamilə xarab olmuş yumurta isə suyun səthində qalacaq.

Vizual yoxlama testi:

Yumurtanın xarici görünüşü də onun təzəliyini müəyyən etməyə kömək edir. Əgər yumurtanın qabığında çatlaq və ya qırıq varsa, bakteriyaların içəri keçməsi üçün bir yol yaranır və belə yumurtaların istehlakı təhlükəli ola bilər. Bundan əlavə, yumurta qabığında yapışqanlı bir təbəqə və ya kif müşahidə edilirsə, bu da onun xarab olduğunu göstərir.

Yumurtanı qırdıqdan sonra onun ağı bulanıq, sarısı isə solğun və dəyişmiş rəngdədirsə, bu onun xarab olduğunu bildirir. Əlavə olaraq, yumurtanın ağı çox sulu və dağılmış haldadırsa, bu da onun istifadə üçün yararsız olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR