Onlayn ictimai-siyasi qəzet
PSJ-yə keçmiş oyunçusu Kilian Mbappeyə pul ödəmədiyi üçün 2024/25 Çempionlar Liqasında iştirak etmək qadağan edilə bilər.
Mbappe PSJ-dən 55 milyon avro dəyərində olan köhnə müqaviləsinə görə son ayların maaşını hələ də ala bilməyib. Futbolçu həmçinin həmin üç aya görə dəyən mənəvi ziyanın maddi təzminatını istəyir. Onun vəkili iyunun ortalarında PSJ-yə rəsmi bildiriş göndərib.
Mbappe Fransa Futbol Federasiyası vasitəsilə Fransa Liqasının və UEFA-nın hüquq komissiyasına müraciət edib. Fransa Liqasının məsələyə müdaxiləsi PSJ-yə mənfi təsir göstərə bilər, çünki qurum kluba transfer qadağası tətbiq etmək hüququna malikdir. Həmçinin UEFA lisenziyasını ləğv edir ki, bu da Çempionlar Liqasında iştirakın dərhal qadağan edilməsinə səbəb olacaq.
Qeyd olunur ki, UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştirak edən istənilən klub fevralın 28-dən gec olmayaraq işçi heyətinə maaş borcunun olmadığına dair sübut təqdim etməlidir. Beləliklə, PSJ Mbappe ilə problem həll olunmasa, 2024/25 mövsümü üçün verilmiş UEFA klub lisenziyasını itirmək riski ilə üzləşir.
25 yaşlı Mbappe azad agent kimi iyunun əvvəlində PSJ-dən “Real Madrid”ə keçib. Paris klubunda yeddi il ərzində hücumçu 308 oyun keçirib, 256 qol vurub və 108 məhsuldar ötürmə edib. Mbappe PSJ ilə birlikdə 6 dəfə Fransa çempionu olub, 3 dəfə Fransa Kubokunu və Superkubokunu, 2 dəfə Fransa Liqa Kubokunu qazanıb.//Lent.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ