İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror Voskanyana 18 il həbs istədi

Xəbər verdiyimiz kimi, Kəlbəcərdə saxlanan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Musavat.com bildirir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib.

Prokuror Voskanyanın ittiham olunan iş üzrə cinayətlər törətməsinin sübuta yetirildiyini bildirib.

Prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Cəzasını çəkib başa çatandan sonra Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalıdır. İş üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ömürlük cəza tələb ediblər.

Voskanyan Qaqik Aşotoviç məhkəmədə son sözlə çıxış edərək, özünü ittihamlar üzrə təqsirli bilməyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR