İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin şirkətləri qiyamdan sonra milyardlar qazanmağa davam edir

Yevgeni Priqojinə bağlı şirkətlər qiyamdan bir ay sonra ən azı iki milyard rubl dəyərində sazişlər imzlayıb. Bu, hələ jurnalistlərin aşkar etdiyi açıq məlumatlardır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, araşdırmaçılar Priqojinlə əlaqəli 17 firmanın dövlət satınalmalarını təhlil ediblər.

Analiz olunan bütün müqavilələr mülki dövlət qurumlarını əhatə edib. Priqojinin şirkətlərinin Müdafiə Nazirliyi ilə əlaqədar məxfi tədarükləri barədə isə çox az məlumat var.

Priqojinin firmaları Moskva vilayətinin şəhərlərində məktəblilər üçün isti yeməklərin təşkili məqsədilə son bir ayda ən böyük müqavilələri alıblar. Mıtışi rayonunun administrasiyası Priqojinin “Tsentr” Sosial qidalanma şirkətinə 705 milyon rubl, Krasnoqorsk administrasiyası “Prodfoodservice” şirkətinə 935 milyon rubl ödəyib.

İşğal altında olan Krımda yerləşən “Artek” uşaq düşərgəsi 2023-cü ildə Məktəbəqədər Qidalanma Zavoduna yemək üçün 260 milyon rubl ödəyəcək. Digər dövlət müştəriləri arasında Moskva və Moskva vilayətində yerləşən bir neçə xəstəxananın adı çəkilir.

Xatırladaq ki, bu ilin iyulun ortalarında RTVI kanalı qiyamdan sonra Priqojinin şirkətlərinin bir milyard rubldan artıq müqavilələr aldığını yazmışdı. Gələn məlumalara əsasən “Vaqner”in sahibinin Ukraynada başladılan işğalçı müharibə başladıqdan sonra aldığı pul 91,5 milyard rublu ötüb.

Cəmi 11 il ərzində Priqojinin şirkətləri dövlətdən ən azı 278 milyard rubl alıb - bu, indiki məzənnə ilə təxminən üç milyard dollardır. WSJ qəzeti idə tədarüklərin ümumi həcmini 5 milyard dollar dəyərində qiymətləndirib. Qiyamdan sonra Priqojinə qarşı aparılan dövlət məlumat kampaniyası zamanı teleaparıcı Dmitri Kiselyov “Vesti Nedeli” proqramının efirində daha böyük məbləğ açıqlamışdı: 1,7 trilyon rubl (18 milyard dollar).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR