İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin ölümü rəsmən təsdiqləndi

Rusiya İstintaq Komitəsi avqustun 23-də Tver əyalətində yerə çırpılan təyyarədə ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesini yekunlaşdırıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, komitə tapılan meyit qalıqlarının molekulyar-genetik ekspertizasının nəticələrini açıqlayıb.

Komitənin yaydığı məlumata görə, tapılan qalıqlar təyyarədə olduqları qeyd edilən şəxslərə aiddir. Həmin şəxslərin arasında "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin, şirkətin hərbi birləşmələrinin komandiri Dmitri Utkin də var:

"Qəza yerindən tapılan meyitlərin molekulyar-genetik analizinin nəticələri onların uçuş siyahısında olan şəxslərə aid olduğunu təsdiq edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR