İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojini ölümündən əvvəl aldadıb Rusiyaya gətiriblər - YENİ və ŞOK DETALLAR

“Priqojini Rusiyaya aldadıb gətiriblər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu düşüncə rusiyalı politoloq İvan Preobrajenski tərəfindən səsləndirilib.

“Priqojin, Utkin və digər terrorçuların olduğu təyyarənin Putinin Valdaydakı iqamətgahından 50 km aralıda qəzaya uğraması yalnız bir şey göstərir. Onlar Afrikadan təcili danışıqlar üçün çağırıla bilərdilər. Priqojin özünə çox arxayın idi. Onları tələyə saldılar, partlatdılar və ya vuruldular. Bu hadisə Putinin sözünün nə demək olduğunu yaxşı göstərir. Putin, hətta Priqojindən də qəddardır. Ona görə də uzun illərdir ki, Rusiya prezidenti olub”, - deyə, ekspert bildirib.

Politoloq Aleksandr Baunova görə, “rəqibi məhv edilməzdən əvvəl yaxınlaşdırmaq” və ya “onu bağışlanmış kimi” göstərmək diktaturada çoxdankı cəza texnologiyalarından biridir. Elə mafiya haqqında filmlərdə oxşar bir şey görmək olar.

“Qiyam Putinə əvvəllər qərarsız olduğu xətti keçməyə kömək etdi. Həm demokratik, həm də hüquqi dekorasiyaların ləğvi, çox güman ki, Rusiyada prezident seçkilərindən sonra da davam edəcək”, - Baunov bildirir.

Politoloq Kirill Roqova görə isə Ukraynanın əks-hücumunun ləngiməsi Priqojinin getməsinə şərait yaratdı. “Priqojinin başı işğal olunmuş əraziləri saxlaya bilən Şoyqu və Gerasimova mükafat olaraq təqdim edildi”, - deyə, o qeyd edib.

“Priqojinin ölümü Putinin elita arasında mövqeyini gücləndirəcək, lakin cəmiyyətin gözündə zəiflədəcək. İctimai rəy üçün (elitadan fərqli olaraq) təkcə nəticə deyil, həm də prosesin estetik komponenti önəmlidir” - deyə, politoloq Abbas Qallyamov qeyd edir.

Politoloq Aleksandr Morozov isə fərqli düşünür. “Priqojinin ölümü Putini zəif vəziyyətə salıb. Bu, daha çox bəzi elitaların Putinə siqnalına bənzəyir. Bu, həm də Kremlin sahibi üçün təhlükəli vəziyyəti işarə edir. Hadisəni törədənlər Putinə onu “havada vura biləcəyi və ya qatarına bomba qoyulacağı” mesajıını verirlər”, - deyə, Morozov qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR