İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Ukraynada döyüşən məhbuslara müraciət etdi: “Qadınlara təcavüz etməyin”


Ukraynadakı müharibədə iştirak etmək üçün “Vaqner özəl hərbi şirkəti” tərəfindən cəlb edilmiş ilk rus məhbus qrupu 6 aylıq müqaviləni başa vurub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Yevgeni Priqojin özü məlumat yayıb. Onun sözlərinə görə, məhbusların üzərindən bütün cinayət işi götürülüb.

Gələn informasiyalara əsasən, azad edilən keçmiş məhbusların birinci qrupunda təxminən 20 nəfər var. Onların adları çəkilmir, nəyə görə məhkum olunduqları barədə məlumat verilmir. Məhkumluğun götürülməsi yalnız Priqojinin sözlərindən məlumdur, bunun qanuni şəkildə necə rəsmiləşdirilə biləcəyi isə bəlli deyil.

Priqojinin “mərasim” zamanı kamuflyaj formasında olan insanlarla əl sıxışaraq onları “müqaviləni başa çatdırdıqlarına görə” təbrik etdiyi video yayımlanıb.

“Vaqner ÖHŞ” ilə müqavilə bağlayan məhbuslardan indi nə edəcəklərini soruşduqda onlar “qayıdacaq, başladığmızı işi bitirəcəyik, çünki bu, artıq iş deyil, həyatdır”,- deyə cavab veriblər.

Videoda Priqojin bəziləri qarşısında qoltuqaltı və əlil arabasında əyləşmiş keçmiş məhbusları “çox içməyin”, “narkotikdən istifadə etməyin”, “qadınları zorlamayın, ” və “siqaret çəkməyin”,- deyə “nəsihətlər” də verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR