İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Rusiyadakı təyyarə qəzasında öldü - VİDEO

Rusiya Aviasiya Xidmətinin məlumatına görə, bu gün Tver əyalətində qəzaya uğrayan biznes təyyarədə Yevgeni Priqojin də olub.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Embrare tipli təyyarədə 10 nəfər olub, onların hamısı həlak olub.

Hadisə şahidlərinin dediyinə görə, təyyarə qəzaya uğramazdan saniyələr əvvəl iki partlayış səsi eşidilib. 

Təyyarədə həmçinin "Vaqner"in komandanı Dmitri Utkinin də olduğu bildirilir.

Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq səkkiz nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.

***

Zaporojye vilayəti administrasiyasının Rusiya tərəfindən təyin edilmiş nümayəndəsi Roqov bildirib ki, Yevgeni Priqojin ölüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR