İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin xüsusi nümayəndəsindən VACİB AÇIQLAMA

“Biz heç bir siyasi konyukturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi, xristian - hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir”.

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ-ın Zenger nəşrinə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

O, bu fikirləri ABŞ-Azərbaycan münasibətləri, geosiyasi çağırışlar fonunda iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsi kimi məsələləri şərh edərkən səsləndirib.

Xatırladaq ki, ötən ay ABŞ Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb. İllik siyahını açıqlayan dövlət katibi Entoni Blinken ötən ilin qara siyahısında olan 12 ölkənin hamısının - Birma, Çin, Kuba, ÇXDR, Eritreya, İran, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistanın siyahıda saxlandığını qeyd edib.

"Bundan başqa, mən Əlcəzair, Azərbaycan, Mərkəz Afrika Respublikası, Komor Adaları və Vyetnamı dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələr adlandırdım", - deyə o bəyanatda bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR