Onlayn ictimai-siyasi qəzet
Tanınmış iş adamı, Xalq artisti Emin Ağalarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla birgə çəkilmiş videosunu sosial şəbəkədə yayımlayıb.
Musavat.com xəbər verir ki, bu görüş "Sea Breeze" layihəsinin ərazisində, dəniz sahilində lentə alınıb.
Emin Ağalarov videoda Anar Ələkbərova bu layihəyə göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edir. Kadrlarda onların ərazini birlikdə gəzdikləri və müxtəlif obyektlərlə tanış olduqları görünür.
Qeyd edək ki, "Sea Breeze" təkcə istirahət mərkəzi deyil, həm də genişmiqyaslı biznes və mədəniyyət layihəsidir. Emin Ağalarovun rəhbərliyi ilə son illərdə bu sahədə bir çox beynəlxalq səviyyəli tədbirlər, konsertlər keçirilib.
Video Anar Ələkbərovun layihəyə marağını və diqqətini əks etdirir. Onun bu tip özəl təşəbbüslərə yaxınlıq göstərməsi Azərbaycanın mədəniyyət və turizm sahəsində dövlət-özəl sektor əməkdaşlığının genişlənməsinin nümunəsi kimi qiymətləndirilir.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ