İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Cavid Vəliyevlə bağlı SƏRƏNCAM

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyevə yeni vəzifə verilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 7 mart tarixli sərəncamı ilə Cavid İ. Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Qeyd edək ki, Cavid Vəliyev Egey Univesitetinin jurnalistika fakültəsinin məzunudur. 2002-ci ildə Egey Universitetini bitirərək, dövlət xətti ilə Türkiyənin Qazi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistratura proqramına, 2006-cı ildə isə Ankara Universitetinin beynəlxalq münasibətlər fakültəsinin doktorantura proqramına daxil olub.

2005–2009-cu illərdə Ankara şəhərində müstəqil fəaliyyət göstərən Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırma Mərkəzində elmi işçi, daha sonra isə Cənubi Qafqaz şöbəsinin müdiri işləyib. 2012-ci ildə Ankara Universitetindən beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb. 2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma Mərkəzində (SAM) aparıcı elmi işçi, baş elmi işçi və 2015-ci ildən etibarən Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib.

2017-ci ildən etibarən ingilis dilində nəşr olunan Caucasus International jurnalının baş redaktorudur. 2019-cu ilin iyul ayından etibarən Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə, həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 iyul tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR