İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin Özbəkistan səfərinin İLGİNC DETALLARI

Azərbaycanın xarici siyasət doktrinasında qonşu ölkələr, region, bütövlükə Avrasiya məkanında tərəfdaşlıq əlaqələrinin inkişafına strateji baxışlardan yanaşır.

Son 20 ildə  aparılan praqmatik siyasət bu baxımdan yeni  reallıqlar yaradıb. Əlbəttə, hər bir dövlət buna can atır, amma çox zaman natamamlıq kompleksi ilə üzləşir. Ona görə də bu gün Azərbaycanın atdığı addımlar geosiyasi arxitekturada nümunə kimi qəbul edilir.

Bəs, digər ölkələrin illərlə əldə etmək istədiyini Azərbaycan necə gerçəyə çevirə bilir?

Bu, bir neçə mühüm amillə şərtlənir. İlk növbədə:

– Azərbaycan müstəqil, həm də nəticəyönümlü xarici siyasət aparır,

- fəal diplomatiyası güclü iqtisadi əsaslara malikdir,

- bərbərhüquqlu tərəfdaşlıq və ortaq maraqları əsas prioritet hesab edir  və s.

Müxtəlif siyasi və iqtisadii platformalarda Azərbaycanın uğur düsturu məhz yuxarıdakı amillərlə birbaşa bağlıdır. Mərkəzi və Şərqi Avropa, həmçinin Məkəzi Asiya ölkələri ilə münasibətlərin strateji xarakteri bir daha onu sübut edir ki, Azərbaycan yerləşdiyi coğrafiyaya əməkdaşlıq məkanı kimi baxır. Sözügedən tendensiyanı Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya və digər platformalarda təşviq edir. Təbii ki, bütün bunlar ölkənin siyasi nüfuz göstəricisidir və ona marağı artırır. Türkiyə ilə strateji müttəfiqlik, Rusiya ilə müttəfiqlik qarışılıqlı fəaliyyəti, Çinlə strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamələr məhz bu kontekstdə qiymətləndirilir. Azərbaycan həm də digər bir platforma – “5+1” platformasının yaradılması, yəni Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazın vahid geosiyasi vektora çevrilməsində fəal iştirakçıdır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin detallarının bu baxımdan geniş şərhə ehtiyacı var.

UZBEK.jpg (109 KB)

Əvvəla, səfərin başlıca yekunu iki qardaş dövlət arasında

- strateji tərəfdaşlıq münasibətlərinin rəsmən müttəfiqlik səviyyəsinə qalxamsı ilə bağlı müqavilənin imzalanmasıdır;

Yeri gəlmişkən, Özbəkistan çox az ölkə ilə analoji müqaviləyə malikdir. Azərbaycan ilə qısa müddət ərzində belə bir müqavilənin imzalanması ölkəmizə verilən önəm, rəsmi Bakının regional və qlobal çəkisinin göstəricisidir

- Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası  çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna yeni məzmun gətirdi

İmzalanan sənədlər, 20 yeni istiqamət götürmək üzrə əldə olunan razılıq əməkdaşlığın real yol xəritəsini müəyyənləşdirdi

UZBEK SON.jpg (253 KB)

- həmçinin, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam etdirilməsi – səfərin mühüm yekunlarından biri hesab olunmalıdır.

Qeyd etmək lazımdır ki, bu marşrut Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz geosiyasi oxunda, həmçinin bütövlükdə Avrasiya coğrafiyasında əsas drayver kimi çıxış edə bilər . Eyni zamanda, regionun potensialnın realizə olunmasında birləşdirici tendensiyanı gücləndirək. Xüsusilə, indiki mürəkkəb geosiyasi dinamikada buna ciddi ehtiyac duyulur. Azərbaycan bu tendensiya və iqtisadi layihələr portfelini rasionallığını həm də praktik addımlarla möhkəmləndirir. Azərbaycan və Özbəkistan Prezidentlərinin mətbuata bəyanatlarınada

– Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb, - fikri həm hər iki ölkə, həmçinin üçüncü ölkələrdə birgə iş, eyni zamanda, iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin konkret məzmunla zənginləşdirilməsini nəzərdə tutur. Azərbaycan Cənubi Qafqazın həlledici ölkəsi olması, Şəqrlə – Qərb, Şimalla Cənub arasında körpü rolunda çıxış etməsi, enerji,   nəqliyyat dəhlizləri nəzərdə tutulan hədəflərin reallığına stimul verir.Burada vacib məqamlardan biri də bərpa olunan enerji- yaşıl iqtisadiyyata keçid strategiyasında Azərbaycanın yeni dəhliz təşəbbüsüdür ki, Özbəkistan resursları ilə burada fəal iştirak edə bilər. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin qısaca yekunu bundan ibarətdir ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Müsbət proseslərin dinamizmi isə qarışılıqlı əməkdaşlıq , strateji hədəflərə birgə baxış və birgə səylərdən keçir.

QUBA.JPG (11.22 MB)

Əlibala Məhərrəmzadə

İqtisad elmləri doktoru, professor

59 saylı Quba Seçki Dairəsi üzrə deputatlığa namizəd

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR