Onlayn ictimai-siyasi qəzet
"Kəpəz" rəhbərliyi islahatlara start verib.
Adil Şükürovu baş məşqçi vəzifəsindən uzaqlaşdıran və Azər Bağırova güvənən gəncəlilər onun təqdimatı əsasında fəaliyyətə keçib.
Yeni çalışdırıcının raportuna əsaslanan “sarı-göylər” komandanı “artıq-artuq” oyunçulardan təmizləməyə başlayıb. Avqustun 22-də düşərgəyə cəlb olunan Keverton Resende Markolino ilə yolların ayrılması lazım bilinib.
23 yaşlı yarımmüdafiəçi ilə imzalanmış "1+1" illik müqavilə pozulub.
Son olaraq vətənində "Hersilio Luz"un şərəfini qorumuş “sambaçı” məşqlərdə özünü pis göstərdiyi üçün Bağırovun etimadını tez itirib. (sportinfo.az)
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ