İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə bank əməkdaşı HƏBS EDİLDİ

"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.

Ə.Müşfiqin bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədov ilə əlbir olduğu qeyd edilib. Onların ikisinə də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

Antikorrupsiya idarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR