Ukraynada 2024-cü il avqustun 1-nə qədər genişmiqyaslı müharibənin başlanmasından sonra sağlamlıq səbəbi ilə 41 general ehtiyata göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə "Radio Svoboda" Ukrayna Silahlı Qüvvələrinin Əsas Komunikasiya İdarəsinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu, ölkənin müdafiə strukturunda ciddi dəyişikliklərə səbəb olub.
Həmçinin, bildirilib ki, 2022-ci il fevralın 24-dən 2024-cü il avqustun 1-nə qədər olan dövr ərzində bir nəfər də olsun yüksək rütbəli hərbi qulluqçu hərbi xidmətə qəbul edilməyib.
ŞƏRHLƏRŞƏRH YAZ