İnsanlara hürriyət, millətlərə istiqlal!

Praqa qatilinin FOTOsu yayıldı: YENİ DETALLAR - FOTO, VİDEO

Ldovky nəşrinin yazdığına görə, Praqa universitetində qətliam nəticəsində 11 nəfər həlak olub, 9 nəfər ağır, 6 nəfər yüngül yaralanıb.

Qatil 24 yaşlı tarixçi David Kozakdır. Onun Praqa yaxınlığındakı Kladensko kəndindəki evində atasını öldürdükdən sonra universitetə getdiyi bildirilir. Kozak atəşi binanın damından optik nişangahlı silahdan açıb. Tələbələr atəşlərdən sonra auditoriyalarda barrikadalar qurublar.

Ölənlərdən 10 nəfəri bilavasitə atəş nəticəsində, 1 tələbə 1qızın isə qorxudan özünü binadan atması nəticəsində öldüyü bildirilir.

Qeyd edək ki, belə kütləvi qətllər Çexiyada nadir hallarda qeydə alınır.

Axırıncı dəfə 2019-cu ildə 42 yaşlı kişi xəstəxanada 6 nəfəri öldürdürkdən sonra özü də intihar edib. 

Qeyd olunur ki, terrorçunun telegramda gündəlik kimi istifadə etdiyi kanalı da varmış. O, bu kanalında rus dilində yazırmış. 

photo_2023-12-21_20-39-14.jpg (44 KB)

4a7664d1-43ff-4e46-95b8-e5e97aa1549f.jpg (60 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR