Onlayn ictimai-siyasi qəzet
Polşa Xarici İşlər Naziri Radislav Sikorski Rusiyanı ölkəsində təxribat fəaliyyəti aparmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
O, bu təxribat fəaliyyətini sosial şəbəkələrdə insanları ələ keçirmək, zəif nöqtələri və obyektləri şəkil çəkməklə izləmək və sonra onlara od vurmaq cəhdləri ilə əlaqələndirdi. Sikorski bu cür fəaliyyətlərin Polşaya qarşı ciddi təhdid yaratdığını bildirib və Rusiyanın diplomatik nümayəndələrinə qarşı sərt tədbirlər görülə biləcəyini vurğulayıb.
Polşa rəsmisi bu təxribatçı fəaliyyətlərin Polşanın təhlükəsizliyini və sabitliyini təhdid etdiyini və buna görə də ciddi şəkildə cavab veriləcəyini qeyd edib. O, diplomatların ölkədən çıxarılması və digər müvafiq tədbirlərin görüləcəyini əlavə edib.
Sikorski həmçinin beynəlxalq ictimaiyyətin bu cür təxribatlara qarşı birgə mübarizə aparması lazım olduğunu vurğulayıb.
20 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ