Onlayn ictimai-siyasi qəzet
"Almaniya kansleri Olaf Şolts Vladimir Putinə zəng etməklə Rusiya ilə əvvəlki iqtisadi əlaqələri və enerji müqavilələrini bərpa etməyə çalışır".
Musavat.com xəbər verir ki, bu fikri İordaniyaya uçmazdan əvvəl Polşa prezidenti Anjey Duda səsləndirib.
Onun çıxışını TVP Info yayımlayıb:
"Sizdə belə bir təəssürat yoxdur ki, bu, Rusiya ilə əvvəlki münasibətlərə qayıtmaq üçün bir növ cəhddir?"
Polşa lideri Şoltsun Putinlə söhbəti müttəfiqləri ilə razılaşdırdığına şübhə etdiyini bildirib:
"Alman mətbuatının yazdığı kimi, kansler administrasiyası və kanslerin özü enerji müqavilələrini yeniləmək üçün Rusiya ilə razılaşma imkanı axtarırlar. Bu bizim üçün nə deməkdir? Tamamilə mümkündür ki, "Şimal axını" qaz kəmərinin fəaliyyətini bərpa etmək cəhdi olacaq".
Musavat.com
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ