Onlayn ictimai-siyasi qəzet
Polşa Prezidenti Andjey Duda Belarus ilə sərhəddə sığınacaq üçün müraciətlərin qəbulunu məhdudlaşdırmağa imkan verən qanunu imzalayıb.
“Report” “TVP Info”ya istinadən xəbər verir ki, bu barədə Duda İtaliyaya uçuşdan əvvəl mətbuata açıqlama verib.
“Mən bu gün (martın 26-da – red.) qərar qəbul etdim ki, sığınacaq [hüququnun məhdudlaşdırılması] haqqında adlandırılan qanun qüvvəyə minsin. Mən bu qanunu imzaladım”, – o bildirib.
Daha əvvəl ölkənin Baş naziri Donald Tusk Dudanı sığınacaq hüququnun məhdudlaşdırılması haqqında qanunu dərhal imzalamağa çağırıb, bundan dərhal sonra hökumət bu tədbirləri Belarus ilə sərhəddə tətbiq etmək niyyətindədir.
Xatırladaq ki, ötən ilin oktyabrında Polşa hökuməti respublikanın 2030-cu ilə qədər miqrasiya strategiyasını təsdiqləyib. Onun bəndlərindən biri qanunsuz miqrantların sığınacaq üçün müraciətlərinin qəbulunun müvəqqəti dayandırılması mexanizmi olub. Fevralın sonunda qanun layihəsi Seym (Polşa parlamentinin aşağı palatası) tərəfindən qəbul edilib, daha sonra Senat (yuxarı palata) tərəfindən təsdiq edilib.
30 Mart 2025
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ