İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Belarusla sərhədə 5 metr hündürlükdə divar çəkdi

Polşa Belarusla bütün sərhəd boyu elektron maneə adlandırılan baryerin - videomüşahidə və hərəkət sensorları olan monitorinq sisteminin quraşdırılmasını başa çatdırıb.

Musavat.com xəbər verir ki, bunu ölkə mediasına Polşanın daxili işlər naziri Tomaş Siemonyak açıqlayıb: "Bir neçə gün əvvəl, iyulun 20-də Belarusla sərhədin bütün hissəsi boyunca elektron şlaqbaumun tikintisi başa çatıb - videomüşahidə kameraları və hərəkət sensorları quraşdırılıb".

2022-ci ildə Polşa hakimiyyəti 180 km-lik hissə boyunca sərhəddə 5,5 m hündürlüyündə metal maneə quraşdırıb. Divar yuxarıdan tikanlı məftillə örtülüb. Bütün sərhəd boyu hərəkət sensorları və istənilən hava şəraitinə uyğun videokameralar olan postlar quraşdırılıb. 2024-cü ildə bu maneənin müasirləşdirilməsi, eləcə də çaylarda “elektron maneə”nin yaradılması üzrə işlərə başlanılıb.

Polşa bu addımı Rusiya və Belarusun hibrid müharibəsinə qarşı 2021-ci ildən sonra atmaq qərarına gəlib. Çünki həmin ildən başlayaraq, Belarus ərazisindən Yaxın Şərqdən olan qaçqınların Polşaya kütləvi axını başlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR