Onlayn ictimai-siyasi qəzet
Polşa gömrük orqanları Azərbaycana göndərilən və sanksiyalara məruz qalan 5 tonluq "Boeing" təyyarələrinə aid şinləri müsadirə edib.
Musavat.com "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Polşanın Milli Vergi İdarəsi məlumat yayıb. Bildirilib ki, Koroşin sərhəd-keçid məntəqəsində yoxlamadan keçirilən yük maşınında avtomobil və avtobus təkərləri kimi bəyan edilən, əslində isə mülki təyyarələrdə istifadə olunan "Boeing" şinləri aşkar edilib.
Gömrük əməkdaşları qeyd edib ki, bu tip məhsullar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar siyahısına daxildir. Yüklər Belarus və Rusiya üzərindən tranzitlə Azərbaycana göndərilməli idi.
Yükün göndəricisi İspaniya, alıcısı isə Azərbaycan şirkəti olub. Hazırda faktla bağlı gömrük fırıldağı maddəsi ilə cinayət işi başlanıb, sanksiya predmeti olan məhsullar saxlanılıb.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ