İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa ABŞ-dan daha 116 "Abrams" tankı alıb

Polşa ABŞ-dan daha 116 "Abrams" tankı alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Milli müdafiə naziri Mariuş Blaşçak Polşa ordusu üçün 116 M1A1 "Abrams" tankının tədarükü üçün müqaviləni təsdiqləyib.

Bildirilir ki, polşalılar tanklarla birlikdə ehtiyat hissələri, istehlak materialları, silah və diaqnostika avadanlıqlarının təmiri üçün səyyar konteyner emalatxanaları alacaqlar. Həmçinin Amerika tərəfi təlimatçılar, döyüş maşını ekipajları və texniki heyətə təlim keçəcək.

Bundan əvvəl NATO-nun Polşaya "Abrams" tankları da daxil olmaqla 700 texnika ötürdüyü bildirilirdi. Avadanlıq dəniz yolu ilə ölkəyə gətirilib və Qdinya limanında boşaldılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR