İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloqdan ŞOK: “Ermənistan bu məsələni müzakirə edir”

“Ermənistan hakimiyyəti pərdə arxasında Azərbaycanın Sünikə iddialarından əl çəkməsi müqabilində ona Qarabağ üzərində suverenliyinin tanınması imkanlarını müzakirə edir. Qərb də paket həll variantının tərəfdarıdır”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ABŞ-ın Lihay Universitetinin professoru, erməni əsilli politoloq Arman Qriqoryan deyib.

“Ancaq rus versiyası öz mahiyyətinə görə mərhələlidir. Həmin varianta görə, bu gün Azərbaycan və Ermənistanın maraqları əsasında Qarabağın statusu məsələsinin həllinə nail olmaq mümkün deyil, ona görə də məsələ sülh müqaviləsi imzalanandan sonraya qədər təxirə salınmalıdır. Bu, Ermənistana paket həlldən daha çox sərf edir”, - deyə ekspert bildirib.

“Paket variantının seçilməsi Rusiyanın regiondan çıxarılması prosesini nəzərdə tutur ki, bu da Moskvanın sərt dirəncinə gətirib çıxara bilər. Bəs bu, Ermənistanı Azərbaycan və Türkiyənin ehtimal olunan hücumundan qoruyacaqmı?”, - deyə politoloq təxribatçı sual ünvanlayıb.

Erməni politoloq ötən il Azərbaycanın hərbi xərclərinin 40% artdığını, güc balansını tamamilə öz xeyrinə dəyişdirdiyini deyib.

“Belə olan halda hər şey Qarabağın ermənilərin əlində saxlanmasında maraqlı olan Rusiyanın mövqeyindən asılıdır. Lakin Moskva Qarabağın (qondarma, oyuncaq rejim - red.) “müstəqilliyini” tanıya bilməz, çünki bu, Türkiyə ilə toqquşmaya gətirib çıxaracaq”, - deyə Arman Qriqoryan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR