İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq DETALLARI açdı: "İran bu məsələni gündəmdə saxlayır, çünki..."

Bu gün İranda qondarma "erməni soyqırımı"nın 108-ci "ildönümü" ilə bağlı tədbir keçirilib. Sözügedən tədbirdə erməni xəlifəliyin baş yepiskopu Sepuh Sarkisyanla yanaşı, Ermənistanın İrandakı səfiri və ölkə rəsmiləri də iştirak edib.

Politoloq Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, İranın bu addımını gözlənilməz hesab etmir:

"İran dövləti qondarma "erməni soyqırımı" tədbirini ilk dəfədir qeyd etmir. Hər il belə tədbirlər olur, hətta bundan da böyük tədbirlər keçirdiklərinin şahidi olmuşuq. İran daim bu məsələni gündəmdə saxlamaqla bu kimi halları həm Türkiyəyə, həm də Azərbaycana təzyiq vasitəsinə çevirməyə çalışıb. Yəni on illərdir İranın siyasətində ciddi bir dəyişiklik olmayıb, Azərbaycanın müstəqilliyindən bu günə kimi zərrə qədər heç nə dəyişməyib. Ona görə də İranın səsləndirdiyi fikirlərə deyil, atdığı addımlara diqqət yetirmək lazımdır. İran atdığı addımlarla sübut etməlidir ki, Azərbaycanla normal dost, qonşuluq münasibətləri qurmaqda maraqlıdır, yoxsa yox".

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR