İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: Qışda Ukrayna gündə 20 saata qədər işıqsız qalacaq  

Soyuq qışı və atom elektrik stansiyalarına hücumları nəzərə alsaq, Ukrayna gündə 20 saata qədər fasilələrlə üzləşə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

“Ukraynada müharibə zamanı hər qış çətin keçib, lakin növbəti mövsüm Rusiyanın enerji infrastrukturuna aylarca hava zərbələri endirməsindən sonra gəlir.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun və enerji bazarının baş elmi işçisi Gennadi Ryabtsevin sözlərinə görə, təkcə avqustun sonlarında Rusiya enerji obyektlərinə 200-dən çox raket və dron atıb və bununla da Ukraynanın elektrik enerjisi istehsal gücünü 9 GVt-dan çox azaldıb. Bu, səkkiz elektrik stansiyasının və 800-dən çox istilik təchizatı obyektinin itkisi nəticəsində mümkün olub.

Enerji Sənayesi Tədqiqatları Mərkəzinin rəhbəri və Ukrayna hökumətinin enerji məsələləri üzrə müşaviri Aleksandr Xarçenko deyir ki, soyuqlar və nüvə elektrik şəbəkəsinə yeni hücumlar nəticəsində Ukraynanın gündə 20 saata qədər işıqların kəsilməsi ilə üzləşə biləcəyini bildirib.

Bu, evlərdə istilik olmaması, müharibə üçün kritik olan fabriklərin bağlanması və ukraynalıların sığınacaq axtarmaq üçün ölkəni tərk etməsi deməkdir.

Parlamentin enerji təhlükəsizliyi alt komitəsinə sədrlik edən müstəqil ukraynalı deputat Viktoriya Qrib vəziyyəti “Mən çox narahatam. Vəziyyət həqiqətən kritikdir və ümid edirəm ki, beynəlxalq tərəfdaşlar bizə ən qısa zamanda kömək edəcəklər", sözləri ilə ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR