İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisin əmrinə tabe olmayan maşından dana çıxdı - FOTO

Türkiyənin Adana vilayətində polisin xəbərdarlığına tabe olmayan avtomobildə oğurlanmış buzov aşkarlanıb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, Adananın Feke rayonunda polis postunda şübhəli avtomobilin olduğu aşkarlanıb və polis avtomobili saxlamaq istəyib.

Xəbərdarlığa tabe olmayan sürücü maşını ilə qaçmağa başlayıb. Polis tərəfindən sıxışdırılan avtomobildən enən iki nəfər məşəyə tərəf qaçıb. Lakin həmin şəxslər polis tərəfindən saxlanılıb.

Avtomobildə olan buzovun isə oğurluq olduğu məlum olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR