İnsanlara hürriyət, millətlərə istiqlal!

Podolyak: "Rusiya "enerji soyqırımı" planlaşdırır"

"Rusiya Ukrayna infrastrukturuna kütləvi zərbələr endirməklə "enerji soyqırımı"nı həyata keçirməyə çalışır".

Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Gəlin açıq deyək, Rusiya "enerji soyqırımı" həyata keçirməyə çalışır, lakin Kiyev və Ukrayna dik dayanacaq. Tədbir planı sadədir: hava hücumundan müdafiə sistemləri, infrastruktur obyektlərin mühafizəsi, istehlakın optimallaşdırılması... Dövlət bu çağırışların öhdəsindən səmərəli şəkildə gəlir", - o qeyd edib.

Podolyakın sözlərinə görə, Kiyev tərəfdaşları ilə birlikdə həllər üzərində işləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR