İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK/HDP arasında kirli bağlantı - Pərvin Buldanın qardaşı oğlunun terrorçu olduğu ortaya çıxdı

Türkiyə Silahlı qüvvələri dünən Yunanıstandan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 17 terroçunu yaxalayıb.

Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 8-nin FETÖ, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.

Səhər saatlarında ələ keçirilən PKK terrorçusunun HDP həmsədri Pərvin Buldanın həyat yoldaşı Savaş Buldanın Hakkaridəki qardaşı oğlu Hisyar Buldan olduğunu öyrənib. Hişyar Buldanın PKK-ya üzvlüyü ilə bağlı sübutlar tapılıb.

Qeyd edək ki, ötən il HDP Diyarbakır millət vəkili Semra Güzelin nişanlısı Volkan Bora ilə PKK düşərgələrində çəkdirdiyi fotolar ictimaiyyətdə böyük hiddətə səbəb olmuşdu.

Həmin dövrdə aparılan araşdırmada HDP sıralarında oturan 17 millət vəkilinin də terror təşkilatı üzvləri ilə qan bağı olduğu üzə çıxmışdı.

HDP Diyarbəkir millət vəkili Hişyar Özsoyun qardaşı Nevruz Özsoy, HDP Ağrı millət vəkili Dirayet Taşdemirin qardaşı Nİhayet Taşdemir və qardaşı qızı Pınar Taşdemir, HDP Hakkari millət vəkili Sait Dədənin böyük qardaşı Sadettin Dədə, HDP Diyarbəkir Millət vəkili Dersim Dağın qardaşları Lütfi Dağ və İbrahim Dağ da terrorçular sırasındadır.

HDP-nin vilayət təşkilatlarında PKK və terrorçuları tərifləyən yürümarşlarşlər oxunur, həlak olan terrorçular üçün bir dəqiqəlik sükutla yad edilir. HDP həmsədri Pərvin Buldan bu tədbirlərin hamısında fəal iştirak edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR