Onlayn ictimai-siyasi qəzet
Suriyanın yeni hakimiyyəti ölkənin şimalında yerləşən terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarından qeyd-şərtsiz silahı yerə qoymağı tələb edib.
Musavat.com xəbər verir ki, məlumatı Türkiyənin “Hürriyet” qəzeti yayıb.
Məlumatda bildirilir ki, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub. Görüşlər zamanı PKK-nın və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin (XMQ) emissarları yaradılan Suriya ordusunda diviziya və ya ordu korpusunun silahlarının yerə qoyulması, eyni zamanda ölkənin şimalında ABŞ-la birlikdə idarə etdikləri neft yataqlarının yarı bölünməsini təklif ediblər. Qəzetin köşə yazarı Abdelkadir Selvi deyir: “Yeni hakimiyyət bu məsələni heç müzakirə etməyərək, PKK-XMQ-nin qeyd-şərtsiz silahlarını yerə qoyması şərtini qoyub”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 4-də deyib ki, PKK-nın silahı yerə qoymaqdan başqa çarəsi yoxdur. Onun sözlərinə görə, ya yaraqlılar silahlarını torpağa basdıracaqlar, ya da onlarla birlikdə basdırılacaqlar. Üçüncü yol yoxdur, Türkiyə lideri xəbərdarlıq edib.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ