İnsanlara hürriyət, millətlərə istiqlal!

PFL prezidenti və vitse-prezidenti əməliyyat olunacaq

"Xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir. Onlar hazırlıqlardan sonra əməliyyata alınacaq".

Məlumata görə, bunu "Liv Bona Dea Hospital"ın baş həkimi Cabir Gülmalıyev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının durumu barədə jurnalistlərə açıqlamasında deyib.

O, PFL prezidenti Elxan Səmədovla, vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib: "Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib".

Həkim digər xəstələrə ilkin tibbi müdaxilələr olunduğunu diqqətə çatdırıb: "Vəziyyətləri sabitdir, stasionara yatırılıblar".//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR