Onlayn ictimai-siyasi qəzet
Avqustun 31-də dövlət televiziyasında ilk dəfə xalq qarşısında çıxış edən İran prezidenti Məsud Pezeşkian müsahibə əsnasında bildirib ki, Dövlət Radio-Televiziyasında çıxış etmək istəsə də, ona deyiblər ki, protokola əsasən müsahibə Prezident Administrasiyasında aparılmalıdır.
Məsud Pezeşkian prezident seçkiləri zamanı xalqa verdiyi sözlərə toxunaraq deyib: “Mən xalqın etimadına görə təşəkkür edirəm və söz verirəm ki, dediklərimi unutmayacağam”.
Musavat.com bildirir ki, Qərblə münasibətlərindən də danışan Pezeşkian Nyu-Yorka səfər etmək üçün Xameneyi ilə danışacağını bildirib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ