Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın baş nazirinin ofisi məlumat yayıb.
Ermənistanın baş naziri İran prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona bu vəzifədə səmərəli fəaliyyət arzulayıb. Həmsöhbətlər əvvəllər dövlətlərarası səviyyədə əldə olunmuş razılaşmalara sadiq olduqlarını təsdiq ediblər.
Tərəflər imkan daxilində görüşmək barədə razılığa gəliblər.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ