Onlayn ictimai-siyasi qəzet
Peyvənd olunmuş uşaqların həm fiziki, həm də psixi sağlamlıq göstəriciləri peyvənd olunmamış uşaqlarla müqayisədə daha stabildir və daha yüksək olur. Peyvəndlər uşaqları ağır yoluxucu xəstəliklərdən qoruyur və beləliklə, tez-tez xəstələnmənin və uzunmüddətli fəsadların qarşısını alır.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova açıqlayıb.
Onun sözlərinə görə, beynəlxalq tədqiqatlara görə, peyvənd olunmuş uşaqlar daha az xəstələndikləri üçün məktəb və bağçaya davamiyyətləri daha yüksək olur:
R. Nemətova bildirib ki, psixi sağlamlıq baxımından da peyvənd olunmuş uşaqlar daha stabil olurlar:
“Tez-tez xəstələnən uşaqlarda xəstəxana mühiti, iynələr, uzunmüddətli müalicələr psixoloji narahatlığa, qorxu və gərginliyə səbəb ola bilər. Bu da uşağın gündəlik həyatına və sosial davranışına təsir edə bilər. Nəticə etibarilə, peyvənd uşağın ümumi fiziki və emosional sağlamlığının qorunması üçün etibarlı və elmi əsaslı üsuldur. Sağlam uşaq — cəmiyyətin sağlam gələcəyidir”.
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ