Onlayn ictimai-siyasi qəzet
PETKİM özəlləşdirildikdən sonra 2 milyard dollar həcmində investisiya yatırılıb.
Musavat.com xəbər verir ki, bu fikirləri SOCAR Türkiyənin Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.
K.Mirzəyevin sözlərinə görə, 2030-cu ilə qədər neft-kimya sənayesinin eniş dövründə olacağı gözlənilir:
"Hazırda müşahidə olunan eniş dövrü daha uzun çəkəcək. Bunun əsas səbəbləri geo-siyasi şərait, azalan tələb və s. Nafta-etilen fərqi tarixdə ən aşağı səviyyədədir".
K.Mirzəyevin sözlərinə görə, çətin bazar şərtlərinə baxmayaraq, PETKİM son 5 ildə orta hesabla illik 2,6 milyon ton hasilat əldə edib.
Nigar HƏSƏNLİ,
İstanbul, Türkiyə,
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ