İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan SON DƏQİQƏ Ermənistan açıqlaması

Ermənistanda diqqəti Aİ-yə yönəltməyin ölkəyə əlavə dividendlər gətirəcəyinə inanan siyasi qüvvələr var.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti respublikanın Avropa İttifaqına üzvlüyü ilə bağlı prosesə başlamaq üçün qərbyönlü qüvvələr tərəfindən hazırlanmış qanun layihəsini qəbul edib. Müxalifət isə öz növbəsində bu sənədi absurd və hüquqi nəticəsi olmayan adlandırıb.

“Göründüyü kimi, Ermənistanda müəyyən siyasi qüvvələr bunun özləri üçün əlavə dividendlər gətirəcəyinə inanır”, - deyə Peskov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR