Onlayn ictimai-siyasi qəzet
Serbiyada keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı 40-dan çox polis əməkdaşı xəsarət alıb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç məlumat verib.
Onun sözlərinə görə, yaralananlar arasında ağır xəsarət alanlar da var – bəzi polis əməkdaşlarının güclü zərbələr nəticəsində qol və ayaq sümükləri qırılıb. Nazir bildirib ki, iğtişaşlar zamanı 37 nəfər saxlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə serb hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşma anları əks olunub.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ