İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan kütləvi dron hücumu ilə bağlı TƏCİLİ AÇIQLAMA

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 11-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələrin Moskvaya kütləvi hücumunu şərh edib.

Musavat.com xəbər verir ki, o, hücumun niyə məhz həmin gündə həyata keçirildiyini izah edə bilməyəcəyini deyib və insanlara Ukrayna hakimiyyətindən aydınlıq gətirməyi tövsiyə edib.

"Bu məsələ Kiyev rejiminə ünvanlanmalıdır", - Peskov danışıqlar prosesinin başlamasına baxmayaraq, bugünkü hücumun səbəbləri ilə bağlı sorğuya cavab verərkən deyib.

Eyni zamanda Kreml nümayəndəsi qeyd edib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri hücumu effektiv dəf edib.

"Əlbəttə, bu barədə Ali Baş Komandana məlumat verilib", - Peskov əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR