Onlayn ictimai-siyasi qəzet
"Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında aparılan danışıqların nəticələrini yalnız İrəvanın bu məsələ ilə bağlı rəsmi açıqlamalarından sonra dəyərləndirəcək".
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Müəyyən hesabatlar olsa da, bu görüşün tam gündəliyini hələ bilmirik", - deyə o bildirib.
Peskov "transatlantik inteqrasiya" mövzusunun müzakirəsinin nə demək olduğu barədə erməni tərəfinin açıqlamalarını gözləməyə çağırıb.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ