İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan AZAL təyyarəsinin qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Kreml Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilən AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı şərh etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

Peskovun sözlərinə görə, bu, ilkin hesabatdır və Rusiyanın müvafiq orqanları onu diqqətlə araşdıracaq.

Lakin o, Prezident Administrasiyasının bu məsələyə rəsmi şərh verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR