Onlayn ictimai-siyasi qəzet
Perunun keçmiş prezidenti Alberto Fuximori uzun sürən xərçəng xəstəliyindən sonra 86 yaşında vəfat edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə onun qızı Keyko Fuximori X sosial şəbəkəsində məlumat verib.
"Onu əziz sayanlardan xahiş edirik ki, ruhunun əbədi rahatlığı üçün duada bizimlə birlikdə olsunlar", - eks-prezidenti qızı yazıb.
Fuximori 1990-2000-ci illərdə Perunun prezidenti olub. Onun dönəmi hakimiyyətdən sui-istifadə, korrupsiya və insanlığa qarşı çoxsaylı cinayətlərlə yadda qalıb. Sonra o, uduzduğu seçkinin nəticələrini saxtalaşdırmaq istəyərkən xalq üsyanı nəticəsində vəzifəsindən getməli olub. Daha sonra ölkə məhkəməsi onu təqsirli sayıb və eks-prezident 15 ildən çox həbsxanada yatıb.
Xüsusilə, o, hakimiyyəti dövründə əhalinin ən yoxsul təbəqələrindən olan yüz minlərlə insanı məcburi sterilizasiyaya məcbur etməkdə ittiham olunurdu.
Amerikalararası İnsan Haqları Məhkəməsinin və qurbanların ailələrinin tənqidlərinə baxmayaraq, Fuximori 2023-cü ilin dekabrında humanitar əsaslarla həbsdən azad edilib. O, cəzasının 25 ilini tam çəkməyib.
2024-cü ilin iyulunda Fuximori 2026-cı il prezident seçkilərində mümkün iştirakını və siyasi səhnəyə qayıtmaq arzusunu açıqlamışdı.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ