İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun rəhbəri: Qərbdə Ukraynanın qalib gəlməsindən danışanların belə bir planı yoxdur

“Qərbdə Ukraynanın öz ərazisindəki müharibədə qələbəsini təmin etmək zərurətindən danışan heç kimin bu cür məqsədə çatmaq planı yoxdur”.

“Report” xəbər verir ki, bunu Amerikanın müdafiə naziri Pit Heqset deyib.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində o, Vaşinqtonun Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazır olduğunu bildirib.

“Heç kim kapitulyasiyadan danışmır. Söhbət danışıqlar yolu ilə sülhə nail olmaqdan gedir. Biz davamlı sülh olacağına ümid etdiyimiz danışıqlara hazırıq. Lakin Qərb ölkələrində qələbədən, üstünlüyü əldə etməkdən danışanların heç biri hələ mənə Rusiya ordusunun işğal altında olan ərazilərdən çıxarılmasına imkan verəcək plan təqdim etməyib”.

Bundan əlavə, nazir Donald Tramp administrasiyasının lap əvvəlində ABŞ prezidentinin sərəncamlarını düzgün başa düşmədiyi və buna görə də Kiyevə silah və hərbi texnikanın tədarükünün dayandırılması barədə göstəriş verdiyi barədə Amerika mətbuatında yayılan xəbərləri rədd edib.

Onun sözlərinə görə, bu tip hekayələr yüksək ideoloji və çox zəif məlumatlı jurnalistlər tərəfindən Tramp administrasiyasına siyasi ziyan vurmaq məqsədilə heç bir şey bilmədikləri mövzularda spekulyasiyalar edilir: “Mən deyirəm ki, bu məqalə qeyri-dəqiqdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR