Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat Aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Musavat.com xəbər verir ki, əməliyyat nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayon, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ