İnsanlara hürriyət, millətlərə istiqlal!

Pedikür etdirən kişi ayağının birini itirdi

57 yaşlı britaniyalı Olubiyi Cibowu pedikür proseduru zamanı zədələnərək ayağını itirib.

"Daily Mail"yazır ki, 2023-cü ilin iyulunda tətil ərəfəsində Himalay duzlu vannadan istifadə edərək dırnaqlarını kəsən kişi prosedur zamanı heç bir ağrı hiss etməyib.

Lakin pedikürdən sonra ayağında ciddi yanıq izləri və qabarcıqlar yaranıb. Sonradan məlum olub ki, Cibowu 2-ci tip şəkərli diabetdən əziyyət çəkir və bu da ayaqlarda hissiyat itkisinə səbəb olub.

Bir neçə gün sonra ayağındakı yaralar infeksiyalaşıb, dərisi qaralaraq parçalanmağa başlayıb. Həkimlər ona sepsis diaqnozu qoyub və sol ayağını dizdən aşağı amputasiya ediblər. Cibowu fantom ağrılar yaşadığını desə də, protez sayəsində yenidən həyatına davam edə bildiyini qeyd edir.//E-saglam.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR