İnsanlara hürriyət, millətlərə istiqlal!

Patruşev: “Kütləvi ölümlərə görə məsuliyyət daşıyanlar cəzalandırılacaq”

“Moskva yaxınlığındakı “Krokus Siti Holl”da 90-dan çox insanın öldüyü terror aktına görə məsuliyyət daşıyanlar cəzasız qalmayacaq”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

O, terror aktını dəhşətli adlandırıb və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin yaralananların tezliklə sağalmasını arzulayıb.

O, jurnalistlərlə söhbətində deyib: “Törədilmiş cinayət terrorizmin təhlükəsizlik üçün əhəmiyyətli təhdid yaratdığının bir daha təsdiqidir, terror fəaliyyətinin qarşısını almaq üçün vətəndaşlardan, kəşfiyyat orqanlarından, hüquq-mühafizə orqanlarından və hakimiyyət orqanlarından koordinasiyalı səylər tələb edir”.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Krokus Siti Holl”da bir neçə silahlı şəxs “Piknik” musiqi qrupunun konsertinə gələn tamaşaçılara atəş açıb. Son məlumatlara görə, azı 90 nəfər ölüb, 115-dən çox insan yaralanıb, 3 uşağın öldüyü məlumdur.

Həmçinin bildirilib ki, təhlükəsizlik qüvvələri terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfəri saxlamağa nail olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR