Onlayn ictimai-siyasi qəzet
Son günlər Ermənistanda əsas müzakirə predmetindən biri Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlıdır. Görünən budur ki, İrəvan artıq bu məsələdə mövqeyini qətiləşdirib. Həm baş nazir Nikol Paşinyan, həm də Alen Simonyan son çıxışlarında əhalini inandırmağa çalışır ki, bu kəndlər ümumiyyətlə, Ermənistanın xəritəsində olmayıb.
Lakin bəzi revanşist qüvvələr ayağa qalxır, israrla "o kəndlərdən çıxmayacağıq" deyə bildirirlər.
Bəs Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin aqibəti necə olacaq? Məsələ müharibə, yoxsa danışıqlar yolu ilə öz həllini tapa biləcək? Vətəndaşlarımızın bu məsələdən gözləntisi nədir?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Musavat.com həmin video-materialı təqdim edir:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ